Yeni il ərəfəsində Bakıda 5 gün satış yarmarkaları keçiriləcək
Yeni il ərəfəsində Bakıda 5 gün ardıcıl kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhərində də keçiriləcək: “Yarmarkalar dekabrın 26-dan 31-dək davam edəcək. Satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunacaq. Böyük marağın olduğunu nəzərə alaraq, yarmarkalar Sumqayıtda da təşkil ediləcək”.
Qurum rəsmisi satış yarmarkalarının keçiriləcəyi ünvanların ikisini (Xətai rayonu, “Bakı Kinoteatrı”nın yanı və Nərimanov rayonu, Keşlə bazarının yanı) açıqlayıb və qeyd edib ki, ərazilərin siyahısı yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq bir neçə ildir keçirlir. Yarmarkaların keçirilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.