Beren Saat "Aşk-ı memnu"dakı "anası" ilə - fotolar
Aktrisa Beren Saat və müğənni həyat yoldaşı Kənan Doğulu dünən açılışda olublar. Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa "Möhtəşəm yüz il: Kösəm Sultan" serialına planda olduğundan daha tez qatılacağını bildirib:
"Ssenari müəllifləri sürpriz hazırlayıblar, yaxın zamanda seriala daxil olacağam".
B.Saat tədbirdə "Aşk-ı Memnu" serialında anasını canlandıran Nebahat Çehre ilə qarşılaşıb. İkili ayaqüstü söhbət edib fotoqraflara poz veriblər.
Sonda Kənan və Beren avtomobillərinə minib məkandan uzaqlaşıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.