banner
banner

Sosİal

Dərmanların keyfiyyətinə nəzarət gücləndi, amma...

Dərmanların keyfiyyətinə nəzarət gücləndi, amma...

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yaxın günlərdə “Etibarlı aptek təcrübəsi” və “Etibarlı distributor təcrübəsi” adlı yeni tələblərə qoşulacaq.

Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının tövsiyələrinə uyğun hazırlanmış əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləyəcək  tələblər təsdiqlənmə mərhələsindədir.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, mərkəz dərmanların keyfiyyətinə nəzarəti gücləndirib. Nazirliyin  Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən isə dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydaları təsdiqlənib. Qaydaya əsasən, həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı istifadə təlimatında göstərilməyən, yaranan bütün əlavə təsirlər haqda məlumat verməlidir.

Bundan əlavə, vətəndaş şikayətinin dərhal araşdırılması üçün “qaynar xətt” xidmətinə əlavə telefon qoşulub. Vətəndaş şübhələndiyi dərman haqqında məlumat verəndən sonra araşdırma aparılır. Vətəndaşlar dərmanların əks təsirləri haqqında da şikayət edə bilərlər. Mərkəz dərman vasitələrinin əks təsirlərini toplayan Beynəlxalq Monitorinq Mərkəzinin müşahidəçi-ölkələri sırasına daxil olub.

Qeyd edək ki, bu ilin 9 ayında əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.