İnsanlar ən çox hansı məşhurun yerində olmaq istəyir? - sorğu
"DORinsight" şirkətinin Türkiyədə apardığı araşdırma nəticəsində izləyicilərin ən çox hansı aktyor və aktrisanın yerində olmaq istədikləri açıqlanıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorlar arasında Kənan İmirzalıoğlu olub. Aktrisalar siyahısında zirvəyə oturan isə Elçin Sanqu olub. Araşdırmanın nəticələrinə görə, televiziya tamaşaçıların 45 faizi həftədə üç serial izləyir. Serial başlamadan ötən seriyanın qısa variantını isə 54 faiz tamaşaçı izləyir. Kişilər ən çox hansı aktyorun yerində olmaq istəyir?
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.