banner
banner

Sosİal

Azərbaycan dilinə görə də sərt cərimələr gəlir

Azərbaycan dilinə görə də sərt cərimələr gəlir
Azərbaycanda statistik sirrin yayılması və mətbuatda dərc olunmasına görə cərimələr böyük məbləğdə artırılır. Bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb. 

Məcəllə layihəsinin 389-cu maddəsinə əsasən, statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin (onların nümayəndəlik və filiallarının) və ya fiziki şəxslərin razılığı olmadan, onlar haqqında məlumatların bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək (hazırda 15 AZN-dən 25 AZN-dək), vəzifəli şəxslər 500 manat (hazırda 35 AZN-dən 50 AZN-dək), hüquqi şəxslər isə 1 000 manatdan 2 500 manatadək miqdarda cərimə ediləcəklər.  

“Report.az”ın məlumatına görə, bundan başqa, statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə fiziki şəxslərin 200 manatdan 300 manatadək (hazırda 30 AZN-dən 40 AZN-dək), vəzifəli şəxslərin 500 manatdan 700 manatadək (hazırda 70 AZN-dən 90 AZN-dək), hüquqi şəxslərin isə 2 000 manatdan 3 500 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulub. 

Azərbaycanda dövlət dilində danışmağa mane olanlar, bu dilin istifadəsini məhdudlaşdıranlara qarşı yeni cəzalar tətbiq olunacaq. (APA). Bu məsələ də yeni İnzibati Xətalar Məcəlləsində təsbit olunub. Məcəllənin 532-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə fiziki şəxlər 1 000 manatdan 1 500 manata qədər, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manata qədər, hüquqi şəxslər isə 12 000 manatdan 16 000 manata qədər cərimələnəcəklər. 
 
Hazırda qüvvədə olan məcəllədəki müvafiq maddəyə görə isə bu cərimələr fiziki şəxslər üçün 20 manatdan 40 manata qədər, vəzifəli şəxslər 50 manatdan 90 manata qədər, hüquqi şəxslər üçün isə 150 manatdan 300 manata qədərdir. Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı təqdirdə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
 
İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliklə məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələr də artırılacaq. Məcəllə Milli Məclisdə qəbul edilərsə, məişət səs-küyünə qarşı mübarizə tələblərini pozan fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək cərimə ediləcəklər. Qaydalar gecə saat 12-dən səhər saat 7-dək olan müddəti əhatə edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.