Aktrisa Pelin Karahan ana olduğu üçün ilyarım fasilə verdiyi çəkiliş meydançalarına "Yeter" adlı serialla dönüb.
Yanvarda ATV telekanalında başlayacaq ekran işinin çəkilişləri davam edir. Aktrisa çəkiliş zamanı başına gələn çətinlikləri "Cosmopolitan" jurnalına danışıb:
"Uşaq həyatı dəyişdirir. Çəkilişlər yaxınlıqda olanda oğlumu da yanımda aparıram. Dünənki səhnələrdə balaca uşaqlar da var idi. Darıxmışdım. Oturub ağladım. O gün 13-14 saat işləmişdik, oğlumu heç görməmişdim. Uşaq üçün darıxanda hətta balaca pişik görsən, adamı ağlamaq tutur".
Qeyd edək ki, serialın artıq yeni videoları da yayılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.