Burcu Esmersoy Arda haqda suallara əsəbiləşdi - foto
Aparıcı Burcu Esmersoy dünən dostunun moda evinə gedərkən paparassilərin hədəfinə düşüb. O, futbolçu Arda Turanın onu Tvitterdə və İnstaqramda izləməsini dayandırması haqda suallara əsəbiləşib. O, sürətli addımlarla məkana çataraq içəri girib.
Qeyd edək ki, bir zamanlar yaxın dost olan ikili arasında münasibətlər son həddə çatıb. Hətta mükafatlandırma mərasimində Arda səhnəyə çıxarkən Burcu oranı tərk edərək onunla yanaşı dayanmamışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.