Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda 3132 partlayıcı oyuncaq aşkar ediblər.
Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, dekabrın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Buzovna, Əmircan, M.Ə.Rəsulzadə qəsəbələrində və Xırdalan şəhərində səyyari ticarətlə məşğul olan Ravil Ağayevdən, Şirvan Əsədovdan, Xəlil Hacıyevdən və Altay Rəhimovdan ümumilikdə 3132 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.