banner
banner

Şou

"Sənətçilərin hamısı efirdən göründüyü kimi dəbdəbəli həyat yaşamır"

"Sənətçilərin hamısı efirdən göründüyü kimi dəbdəbəli həyat yaşamır"
Əməkdar artist  Lalə Məmmədova sənət adamlarının Vergilər Nazirliyinə çağırılması və cərimə olunmasından danışıb.
Musavat.com saytına açıqlama verən əməkdar artist bildirib ki, o da Nazirliyə dəvət olunan sənətçilərdəndir:
"Mən də Vergilər Nazirliyinə dəvət olunmuşam. Analıq məzuniyyətində olduğum üçün səhnədən uzaqlaşmışdım.Vergi borcumun yenidən hesablanmasını xahiş etdim. Gündəmdə olan müğənni, vətəndaş kimi vergi vermək mənim də borcumdur. Sadəcə müəyyən vaxtlıq fəaliyyətimi dondurmuşdum. Lakin bu haqda onları məlumatlandırmamışam. Bu da mənim səhvim olub. Bütün sənədlərimi verib təklif etmişəm ki, öz iştirakımla yenidən vergi borcum hesablansın. Hesab edirəm ki, hər kəs kimi vergi vermək mənim də borcumdur. Sənətçi kimi azdan-çoxdan gəlirimiz var. Sadəcə, gəlirlərimiz bəzən həddindən artıq şişirdilərək təqdim edilir. Reallıq  elə deyil, bizim qonaq kimi getdiyimiz məclislər çoxdur. Bu məclisləri də nəzərə almalarını xahiş edirəm. Çünki sənətçilərin hamısı efirdən göründüyü kimi dəbdəbəli həyat yaşamır".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.