banner
banner

Şou

İŞİD bu qızı istəyir - Ya “seks cihadı”, ya da ölüm!

İŞİD bu qızı istəyir -

“Miss İraq” müsabiqəsinin qalibi, Kərkükdən olan 20 yaşlı Şeyma Qasım Əbdülrəhman terrorçular tərəfindən hədələnir.

Yarışmada qalib olduqdan sonra Şeymaya təhdid dolu telefon zəngləri gəlib. İŞİD-çilər ondan tələb ediblər ki, düşərgəyə gələrək “seks cihadı”na qoşularaq onlara xidmət etsin. Əks halda, onu öldürməklə şantaj ediblər.

“Reuters”in məlumatına görə, artıq iki iştirakçı bu cür təhdidlərdən sonra müsabiqəni tərk edib. Şeyma isə, heç nəyə baxmadan öz işini davam etdirmək niyyətindədir.

“Mən çox şadam ki, ölkəm gələcəyə baxır. Bu müsabiqə iraqlıları gülməyə məcbur edib. Sübut etmək istəyirəm ki, iraqlı qadınlar da ictimaiyyətdə mühüm yerlər tuturlar, onların da kişilər kimi hüquqları var. Buna görə də qorxmuram. Çünki pis hərəkət etmədiyimi bilirəm.”, - deyə Ş. Qasım bildirib.

Qeyd edək ki, İraq dövləti Ş. Qasımı gələn il “Dünya gözəli” Beynəlxalq Gözəllik Müsabiqəsinə göndərmək istəyir.

 

İŞİD bu qızı istəyir -  Ya “seks cihadı”, ya da ölüm!

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.