Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində 30-80 faiz bahalaşma müşahidə olunur.
Cia.az hafta.az-a istinadən xəbər verir ki, dolların məzənnəsi qalxdıqdan sonra bütün ölkə boyu qiymət artımı davam etməkdədir. Bakıda "Sahil" metro stansiyasının yaxınlığında yerləşən dükanların birində isə yay meyvəsi olan gilasın 0,492 kiloqramı 48,22 azn-ə satışa çıxarılıb. Bir kilosu isə 98 manat hesablanır.
Dükanın daimi müştərisi olan Bakı sakininin verdiyi məlumata görə, marketdə yay meyvələrinə əvvəl də rast gəlinirdi, amma indiki qiymətə yox:"Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb. Bahalaşma bütün ərzaq məhsulları və meyvələrində müşahidə olunur".
Satıcıların bildirdiyinə görə, məhsulları onlara firmalar baha qiymətə satırlar.
Qeyd edək ki, ölkəmizin bir sıra rayonlarında yay meyvələrinin qoruyub, qış aylarında satışa çıxarılması üçün xüsusi soyuducular hazırlanıb. Göründüyü kimi, bu soyuducular qiymətlərin enməsinə heç bir təsir göstərə bilməyib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.