"Delibal" filmi ilə gündəmə gələn aktrisa Leyla Lidia Tuğutlu ekran işindəki Çağatay Ulusoyla sevişmə səhnələrindən bəhs edib. Aktrisa açıq-saçıq səhnələrin çətin olduğunu bildirib: "Öpüşmə, sevişmə səhnələrini canlandırmaq digərlərinə nisbətən daha çətindir. Hələ qadın üçün daha çətindir. Bu filmdə ilk dəfə sevişmə səhnəsi canlandırdım. Ssenarini oxuyanda öz-özümə "mən buna necə çəkiləcəm" sualını verdim. Çəkilişə başlamazdan əvvəl rejissorumuz danışaraq, məni rahatlatmışdı. Həmin an lazımsız insanların hamısı çəkiliş məkanından çıxarıldı. Həmin gün həyəcandan mədəmin ağrıdığını xatırlayıram. Biz aktyoruq, ssenari nə tələb edirsə, onu da canlandırmalıyıq".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.