banner
banner

Sosİal

Bakı metrosunda növbəti ajiotaj: "20 Yanvar"da sərnişin sıxlığı yarandı

Bakı metrosunda növbəti ajiotaj:
Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında kartyükləmə aparatlarının işində problem yaranıb və bu səbəbdən həmin stansiyada böyük sərnişin sıxlığı yaranıb. 
Stansiyanın girişində quraşdırılmış "BakıKart"ın 5 kartyükləmə aparatından 3-ü işləməyib.
"BakıKart" əməkdaşları sərnişinlərə aparatların qəpik qəbul etmədiyini, ancaq kağız pul yükləmək mümkün olduğunu bildiriblər. Sərnişinlərin verdiyi məlumata görə, bir müddət sonra həmin aparatlar ümumiyyətlə pul qəbul etməyib. Təxminən 1 saat ərzində texniki işçilərin bir neçə dəfə müdaxilə etməsinə baxmayaraq, həmin aparatların işə salınması mümkün olmayıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında hazırda həmin stansiyada 1 kartyükləmə aparatının işləmədiyini və tezliklə həmin problemin də aradan qaldırılacağını bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.