"Donuz qripi” Azərbaycana yaxınlaşır: xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanla qonşu Türkiyədə “donuz qripi” virusundan ölənlərin sayı 10-a çatıb.
Bu barədə ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlu açıqlama verib.
Nazir deyib ki, H1N1 diaqnozundan ölənlərin əksəriyyəti xroniki xəstəliklərdən əziyyət çəkənlər, 65 yaşından yuxarı olanlardır. Ölənlərin arasında hamilə qadın da var.
Azərbaycanda isə xəstəxanalar “donuz qripi” ilə bağlı hazırlıq vəziyyətinə gətirilib.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
S.Əhmədova deyib ki, mövsümü qriplə bağlı xəstəxanalara müraciətlər artsa da, “donuz qripi”nə yoluxma qeydə alınmayıb: “Virusa yoluxmaqda şübhəli bilinən xəstələrdən götürülən qan nümunələri Respublika Taun Əleyhinə Stansiyada yoxlanılır. Bu günə qədər virusa yoluxma aşkarlanmayıb. Buna baxmayaraq, xəstəxanalar hazır vəziyyətdədir, həkimlərə təlimatlar verilib”.
Türkiyə və İran sərhəddində də nəzarət gücləndirilib. Qrip virusuna yoluxmaqda şübhəli bilinənlər dərhal müayinə olunurlar.
Qeyd edək ki, İranda bu virusdan ölənlərin sayı 40-a çatıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.