banner
banner

Sosİal

Ömər adı Məhəmməd adından daha çox qoyulur - Azərbaycanda

Ömər adı Məhəmməd adından daha çox qoyulur -

Son beş ildə Azərbaycanda uşaqlara verilən adlar siyahısında Ömər adı Məhəmməd adını üstələyib.
Cia.az-ın məlumatına görə, "Report" Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, son beş ildə doğulan oğlan uşaqlarından 7 300-nə Ömər, 7 235-nə isə Məhəmməd adı qoyulub. Əgər 2011-ci ildə doğulan 1 424 körpəyə Ömər adı verilmişdisə, 2015-ci ildə bu rəqəm 1 672 olub.
2011-ci ildə 1 920, ötən il isə 1 492 körpəyə Məhəmməd adı verilib.
Son beş ildə doğulan uşaqlardan 16 756-sı Yusif, 16 126-sı Zəhra, 12 238-i Nuray, 11 660 nəfəri Fatimə, 11 526-sı Hüseyn, 11 362-si Əli, 7 769-u Aylin, 7 653-ü Ayan, 7 506-sı Zeynəb, 7 300 nəfəri isə Ömər adlandırılıb.

Qeyd edək ki, Məhəmməd adı ən çox qoyulan adlar arasında 11-ci sırada olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.