Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Azərbaycanın Daxili İşlər naziri Ramil Usubovla görüşüblər.
Bu barədə Report-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
O bildirib ki, görüşün məqsədi həbsdə olan bəzi şəxslərin növbəti dəfə imzalanacaq əfv siyahısına salınması olub: "Görüş çox müsbət təsir bağışladı. Biz Leyla Yunusun, Xədicə İsmayılın, Anar Məmmədovun, İlqar Məmmədovun, "Nida"çıların və başqalarının azad olunması ilə bağlı müzakirələr apardıq. Çalışırıq ki, həbsdə olan o insanlar növbəti əfv siyashısına salınsınlar".
N.Cəfəroğlu Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvlərinin dekabrın 8-də Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubovla, sonra isə Baş prokuror Zakir Qaralovla görüşəcəklərini qeyd edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.