55 yaşlı Seda Sayan nişanlısı və anası ilə - fotolar
55 yaşlı müğənni Seda Sayan dünən anası və sevgilisi ilə görünüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənninin 7-ci dəfə evlənəcəyi gözlənilən Erkan Çelik və anası Ayşe ilə birgə 4 saat restoranda oturub.
Çıxışda jurnalistlərin suallarını cavablandıran Sayan "anama və Erkana olan sevgim ayrıdır, boş zamanlarımda mümkün olduğu qədər ailəmlə bir araya gəlirəm" deyib.
Qeyd edək ki, Seda və Erkanın keçən ay nişanlandığı deyilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.