Barış Arduç, Fahriye Evcen, Burak Özçivit... - "İlin ulduzları"
Yıldız Texnik Universiteti "İlin ulduzları"nl mükafatlandırıb. 2015-ci ilin ən yaxşı kişi müğənnisi Mabel Matiz, qadın müğənnisi Sıla, qrupu Athena seçilib. Teatr səhnəsinin ən yaxşıları isə Mert Fırat və Aslı Enver olub. Keçən ilin ən çox bəyənilən filmi mükafatına "Bana Masal Anlatma", aktyoruna Burak Özçivit, aktrisasına isə Fahriye Evcen layiq görülüb. Seriallar sahəsində fərqlənənlər "Diriliş Ertuğrul", Barış Arduç və Elçin Sanqu olub. TV8-in rəhbəri Acun İlıcalı səhnəyə ən yaxşı telekanala verilən mükafatı almaq üçün çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.