banner
banner

Sosİal

Çörəyin qiymətini süni şəkildə artıranlara - Xəbərdarlıq

Çörəyin qiymətini süni şəkildə artıranlara -

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə Tədbirlər Planına uyğun olaraq, manatın üzən məzənnə rejiminə keçilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış birgə tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, 69 ünvanında fəaliyyət göstərən “Muğan” firması və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü köndələn küçəsi, 3 ünvanında fəaliyyət göstərən “Səma” firması tərəfindən ədədlə satılan dairəvi “zavod çörəyi”nin istehsalı zamanı mövcud standartların tələblərinə əməl edilmədiyi, qiymətlərin gizli artırılması məqsədilə çörəyin çəkisinin azaldıldığı müəyyən olunub.
Yol verilmiş qanun pozuntuları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Muğan” firmasının direktoru Tahir Mirişovun və “Səma” firmasının direktoru İlham Bəkirlinin nəzərinə çatdırılmaqla, onlara bu cür qanun pozuntularına təkrar yol verəcəkləri təqdirdə barələrində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.