banner
banner

Şou

Uitni Hyuston haqda filmin ilk treyleri

Uitni Hyuston haqda filmin ilk treyleri

Mərhum pop ulduz Uitni Hyuston haqda çəkilən avtbioqrafik filmin treyleri yayımlanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işinin rejissor kürsüsündə "Amerikanın qorxulu hekayəsi" serialının ulduzu, aktrisa Ancela Basset əyləşib. Bu, aktrisanın rejissor kimi ilk işidir. KİV ekran əsərinin mərhum ulduzun repçi Bobbi Braunla 15 il qalmaqalla davam edən həyatından bəhs etdiyini yazsa da, A.Basset filmin süjetinin yalnız U.Hyustonun həyatı üzərində qurulduğunu bildirib:

"Mən Uitni və Bobbiyə hörmət edirəm. Hər ikisi istedadlı insanlardır və çox şeyə nail ola biliblər. Filmin düzgün ekranlaşdırılması üçün özümdə böyük məsuliyyət hissi duyuram".

Ekran işində Uitninin obrazını Yaya DaKosta Alafi canlandırır. Filmin premyerası 2015-ci ilə nəzərdə tutulub.

Qeyd edək ki, mərhum müğənninin anası Sissi Hyuston qızı haqda avtobioqrafik filmin çəkilməsini müsbət qarşılamayıb. O, ailə üzvlərindən heç birinin ekran işinin lentə alınmasına razılıq vermədiyini deyib: “Bütün yanlış məlumatlardan yorulmuşuq. Film tamamilə səhvdir. Xahiş edirik, Uitnini rahat buraxın".

Pop ulduzun həyatının ekranlaşdırılmasına qarşı çıxanlardan biri də mərhum müğənni ilə Bobbinin 21 yaşlı qızı Kristina Braundur. O, dəfələrlə Ancela Bassetə bu fikrindən əl çəkməsini söyləyib və film üçün anasının həyatı ilə bağlı hər hansı detalı açıqlamaqdan imtina edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.