banner
banner

Şou

"Qızıl qlobus"un qalibləri seçildi - siyahı

"Qızıl qlobus"un qalibləri seçildi -

73-cü “Qızıl qlobus” mükafatlandırma mərasiminin qalibləri bəlli olub. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur mükafatın builki qalibləri sırasında Leonardo DiKaprio, Keyt Uinslet, Cennifer Lourens, Ledi Qaqa, Mett Deymon kimi məşhurlar da var. Mükafatlandırma gecəsinin rekordçusu isə rejissor Alexandro Qonsales İnyarritunun “Sağ qalmış” (“The Revenant”) dramı olub. Filmin baş rol ifaçısı Leonardo DiKaprio “Dram janrında ən yaxşı kişi rolu” nominasiyasının qalibi seçilib. İnyarritu özü isə “Ən yaxşı rejissor” adını alıb. 

“Qızıl qlobus – 2016”-nın qaliblərinin siyahısı belədir: 

Ən yaxşı dram
 - “Sağ qalmış” (“The Revenant”) 

Ən yaxşı komediya və ya müzikl – “Marslı” (“The Martian”) 

Ən yaxşı rejissor – Alexandro Qonsales İnyarritu, “Sağ qalmış” 

Ən yaxşı kişi rolu (dram) – Leonardo DiKaprio, “Sağ qalmış” 

Ən yaxşı qadın rolu (dram) – Bri Larson, “Otaq” (“Room”) 

Ən yaxşı kişi rolu (komediya və ya müzikl) – Mett Deymon, “Marslı” 

Ən yaxşı qadın rolu (komediya və ya müzikl) – Cennifer Lourens, “Coy” (“Joy”) 

İkinci planda ən yaxşı aktyor – Silvester Stallone, “Krid: Rokkinin irsi” (“Creed”) 

İkinci planda ən yaxşı aktrisa – Keyt Uinslet, “Stiv Cobs” (“Steve Jobs”) 

Ən yaxşı ssneari – “Stiv Cobs”
 
Xarici dildə ən yaxşı film – “Saulun oğlu” (“Son of Saul”)
 
Ən yaxşı mahnı – “ Writing's On The Wall” (“007: Spektr”) 

Ən yaxşı film musiqisi – Ennio Morrikone, “Nifrət edilən səkkizlik” ( “The Hateful Eight”) 

Ən yaxşı animasiya filmi – “Tapmaca” (“İnside Out”) 

Ən yaxşı televiziya serialı (dram) – “Cənab robot” (“Mr Robot”) 

Ən yaxşı televiziya serialı (komediya və ya müzikl) – “Mosart Cunqliyada” ( “Mozart in the Jungle”) 

Televiziya üçün ən yaxşı mini-serial və ya film – “Canavar zalı” ( “Wolf Hall”) 

Ən yaxşı serial aktyoru (dram) – Con Hemm, “Ağılsızlar”
 
Ən yaxşı serial aktrisası (dram) – Taradci P.Henson, “İmperiya” 

Ən yaxşı serial aktyoru (komediya və ya müzikl) – Qabriel Qarsia Bernal, “Mosart Cunqliyada” 

Ən yaxşı serial aktrisası (komediya və ya müzikl) – Reyçel Blum, “Dəlisov keçmiş sevgili” (““Crazy Ex Girlfriend”) 

Televiziya üçün ən yaxşı mini-serial və ya film aktyoru – Oskar Ayzek, “Mənə qəhrəmanı göstərin” (“Show Me a Hero”) 

Televiziya üçün ən yaxşı mini-serial və ya film aktrisası – Ledi Qaqa, “Amerika dəhşətlər tarixi” (“American Horror story”) 

İkinci planda televiziya üçün ən yaxşı mini-serial və ya film aktyoru – Kristian Sleyter, “Cənab robot”

İkinci planda televiziya üçün ən yaxşı mini-serial və ya film aktrisası – Mora Tirni, “Sevgililər” 

Leonardo DiKaprio



Alexandro Qonsales İnyarritu 



Bri Larson 



Cennifer Lourens 



Keyt Uinslet 

 

Taradci P.Henson 



Reyçel Blum 



Oskar Ayzek 



Ledi Qaqa 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.