"Bəyaz şou"ya qarşı cinayət işi açıldı: "terror təbliğatı..."
Cümə günü "Bəyaz Şou"nun canlı efirinə telefon zəngi edən, Ayşe Çelik adlı müəllimə olduğunu iddia edən bir qadının dedikləri ölkənin gündəmini dəyişib. Qadın efirdə ölkənin şərqində təhlükəsizlik xidməti tərəfindən anaların və uşaqların öldürüldüyünü deyib. O, televiziya göstərilənlərin yalan olduğunu iddia edib. "Sülh və barış" mesajları səsləndirən qadının dediklərini aparıcı Bəyazit Öztürk və tamaşaçıların bir qismi alqışlayıb.
Lakin daha sonr abunun bir təxribat olduğu məlum olub. Belə ki, Diyarbəkirdə o adda müəllimə olmadığı ortaya çıxıb. İşə prokurorluq qarışaraq verilişdə baş verənlər haqda araşdırma başlatdırıb. Naməlum qadına qarşı "terror təşkilatını təbliğ etmək" maddəsiylə iş açılıb.
Eyni zamanda canlı yayımda bu fikirlərin səsləndirilməsinə imkan yaratdığı üçün Bəyazitə qarşı da cinayət işi başladılıb. Aparıcı Kanal D-nin xəbər proqramında efirə çıxaraq baş verənlərə görə xalqdan üzr istəyib. O, həmin anda qadının sözlərindən çox pis olduğu üçün onun əsl məqsədinin nə olduğunu başa düşmədiyini iddia edib. B.Öztürk 20 ildir apardığı verilişdə siyasətə qarışmadığını, ondan vasitə kimi istifadə edilməsini qəbul etmədiyini deyib. Kanal D də açıqlama yayaraq bunun telekanala qarşı bir təxribat olduğunu vurğulayıb.
Sosial mediada isə insanlar iki cəbhəyə bölünüb. Bir qisim insanlar qadının kimliyini bəlli etməməkdə azad olduğunu, onun dediklərinin həqiqət olduğunu yazıblar. Digər qisim isə "Ayşe Çelik"in PKK-nı müdafiə etdiyini iddia edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.