"Doktorlar"ın Elası qızlarıyla belə əyləndi - FOTOLAR
“Doktorlar” serialından Ela obrazıyla tanınan aktrisa Yasemin Özilhan uşaqları ilə parkda əylənib.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, Əminə və Ela adlı iki qız anası olan aktrisa uşaqlığını xatırlayıb. Qızlarıyla oyunlar oynayan Yasemin “Uşaqlığım yadıma düşdü. Mən də uşaq ikən parka gedəndə xoşbəxt olurdum” deyib.
Qeyd edək ki, Yasemin Özilhan məşhur iş adamı İzzət Özilhanla ailəlidir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.