Ağsu rayonunda yerli sakinlər tərəfindən etiraz aksiyası keçirilməyib.
Cia.az xəbər verir ki, bu barədə APA-ya rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov bildirib. Onun sözlərinə görə, rayonun bir qrup sakini qiymət artımı, əsasən də unun qiymətinin artırılması ilə bağlı İcra Hakimiyyətinə gəlib. Sakinlər Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tərəfindən qəbul olunub. İH başçısı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib. Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.
“Füzulidə baş verən etiraz aksiyasına səbəb qiymət artımıdır”. Bunu isə Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib. B. Aslanov qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: "Saxlanılan və xəsarət alan olmayıb”.
Siyəzəndə də sabitlik təmin olunub. Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirib. O qeyd edib ki, rayonda keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil: “Bu barədə yayılan məlumatlar yalandır. Hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.