Hollivud ulduzu Qvinet Peltrou qızı Epplla bağlı maraqlı açıqlama verib.
Aktrisa 11 yaşlı övladına makiyaj etməyə icazə verdiyini bildirib: "Bu qızımın xoşuna gəlir. Buna görə də evdə olanda makiyaj etməsinə icazə verirəm. Bütün makiyaj vasitələrindən istifadə edir, üzündə rəsmlər belə çəkir. Küçəyə çıxanda isə ona makiyajı qadağan edirəm. Cəmiyyət içində bəzəkli formada görünmək, hələ onun yaşına uyğun deyil. Əgər gecə ziyafətə gediriksə, onu tuş vurmağı qoyuram".
Qvinet qəzənın dəstəyi ilə şəxsi kosmetik vasitələr brendini yaratdığını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.