banner
banner

Sosİal

“Un və çörəyin qiymətinin aşağı salınması...” - Deputat

“Un və çörəyin qiymətinin aşağı salınması...” -

“Azərbaycanda ilk növbədə kənd təsərrüfatı sahəsində daxili istehsalın artırılması lazımdır”.

Cia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib.

Deputat bildirib ki, əhalinin ərzaqla təminatı vacib məsələlərdəndir: "Buna görə də Azərbaycan kənd təsərrüfatı sahəsini inkişaf etdirərək əhalisinin məhsula olan tələbatını özü ödəməyə çalışmalıdır".

Bunun üçün Azərbaycanda əlverişli təbii şəraitin olduğunu da vurğulayan deputat hesab edir ki, sahibkarlar kənd təşərrüfatı sahəsi üzrə fəaliyyət göstərməyə də maraqlarını artırmalıdırlar.

R.Məmmədhəsənov əlavə edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi əhalinin rifahının yüksəldilməsi, eləcə də sahibkarların fəaliyyəti üçün daha səmərəli şəraitin qurulması baxımından olduqca müsbət addımdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.