banner
banner

Sosİal

Azərbaycan əhalisinin dəqiq sayı açıqlandı

Azərbaycan əhalisinin dəqiq sayı açıqlandı

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci il dekabr ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 milyon 696,8 min nəfərə çatıb.

Ötən ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 103,8 min nəfər və ya 1,1% artaraq ilin dekabr ayının 1-i vəziyyətinə 9 milyon 696,8 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə əsasən, ölkəmizdə əhalinin bir kvadrat kilometrə düşən sayı 112 nəfərdir.

Əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1009 qadın düşür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.