“AİLƏ TV” internet xidmətlərinin qiymətini qaldırıb.
Əvvəllər televiziya abunəçilərinə internetə görə endirim edirdilər. 8 meqabit sürətə görə abunəçilər 13 manat ödəyirdilər. Hazırda isə kampaniya ləğv olunduğundan abunəçilər 18 manat ödəməli olacaqlar.
Qeyd edək ki, bir neçə gün əvvəl “KATV 1” kabel televiziyası da tariflərində dəyişiklik edərək qiymətləri 5 manat artırıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.