banner
banner

Sosİal

Azərbaycanlı tələbə İstanbulda ölüm ayağında - Bank hesabları

Azərbaycanlı tələbə İstanbulda ölüm ayağında -

Türkiyəyə imtahan verməyə yola düşən azərbaycanlı tələbə İbrahim Fərhadlının (Hacıyev) səhhəti İstanbulda qəfildən pisləşib. Hazırda ölüm ayağında olan İbrahimin ciddi dəstəyə ehtiyacı var.

Bu barədə qardaşı Məcidin ünvanladığı məktubu dərc edirik:

“Qardaşım İbrahim Fərhadlı ailəmizin sonbeşiyidir. Bakı Dövlət Universitetində pulsuz təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra magistratura təhsili qazandığı İstanbul Texniki Universitetində imtahana girmək üçün 1 həftə əvvəl İstanbula getmişdi.

Təyyarədən endikdən sonra İbrahimin halı dəyişib, müayinə üçün qaldığı yerə yaxın xəstəxanaya aparılıb (Medipol Mega Universite Xəstəxanası) ve orada ALL (Acute Lymphoblastic Leukemia) tipli Leykoz diaqnozu qoyulub.

Vəziyyəti çox ağır olduğundan həkimlər imtahanın ikinci mərhələsinə girməyinə belə izn vermədilər və qardaşım dərhal reanimasiya şöbəsinə yatırıldı. Bu xəstəxanada bizə cəmi 2 gün içərisində 40,000 TL (təxminən 13,300 ABŞ dolları) borc yazdılar. Medipol bizim getdikcə artan bu miqdarı tək başımıza ödəyə bilməyəcəyimizi öyrəndikdən sonra yerindən tərpənməsi belə təhlükəli olan qardaşımı artıq xəstəxanada saxlamaq istəmədi. Dostların köməkliyi ilə qardaşımı başqa bir xəstəxanaya köçürməli olduq.

İbrahim indi “Acıbadem Üniversitesi Atakent Xəstəxanası”ndadır (Ünvan: Halkalı Merkez, Turgut Özal Blv No:16, 34303 İstanbul/Küçükçekmece/Halkalı, Türkiyə) və artıq mübarizə apardığı B-ALL tipli Leykoz xəstəliyinin müalicəsi üçün kimyaterapiya prosesinə başlanılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.