Xalq artisti Brilliant Dadaşova dinləyicilərinə yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, "Onun adı Leyladır" adlanan mahnının musiqisi Maestro Ceyhuna, sözləri Cavid Qurbanova aiddir.
Mahnı ilə bağlı təəssüratlarını bölüşən Maestro Ceyhun bunları söyləyib:
"Onun adı Leyladır" mənim eyni müəllifin sözlərinə yazdığım ilk mahnı deyil. Bundan əvvəl də Cavidin şeirlərinə musiqi bəstələmişəm. Amma sözügedən mahnı bəstələrimin içində xüsusi əhəmiyyət kəsb edir. Brilliant xanımın mahnıma həyat verməsi məni xüsusən sevindirir. Güman edirəm bu, dinləyicilərin də ürəyincə olar".
Qeyd edək ki, hazırda Brilliant Dadaşova bir neçə albom üzərində çalışır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.