Bunu Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib.
O bildirib ki, bu il baş verən ana ölümlərindən üçü tam araşdırılıb: “Digər üç ana ölümü isə hələ Komissiyadan keçməyib. Anatomik-pataloji nəticələri gözləyirik. Onlardan bir neçəsi mütəmadi nəzarətdə olmayıb. Həkimə gec müraciət ediblər. Digər tərəfdən də lazımsız müalicə alıblar. Problem də inkişaf edəndə kömək etmək mümkün olmur”. L.Rzaquliyeva qeyd edib ki, Azərbaycanda ana ölümləri ildən-ilə azalır: “Düzdür, ana ölümlərində həkim səhvləri də var. Amma qadınların, onların ailə üzvlərinin də səhvləri olur. Əgər 3 ölüm faktı varsa, 300 isə kritik vəziyyətdən çıxan analarımız var. Hazırda kritik vəziyyətləri öyrənən Komissiyanın yaradılması istiqamətində iş aparılır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.