Bir zamanların "Sahil mühafizə" ("Baywatch") serialı ilə məşhurlaşan Karmen Elektra keçmiş sevgilililərini əsəbiləşdirən açıqlama verib. Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 43 yaşlı Elektra "çox da ağıllı olmayan kişilərdən bezdim" deyib. O, çox da məşhur olmayan bir adamla münasibət qura biləcəyini vurğulayıb: "Amma ağılsız olmasın, quş beyinli sevgili istəmirəm". Qeyd edək ki, Karmen ilk evliliyini Dennis Rodman ilə (solda), ikinci evliliyi isə Deyv Novarro ilə olub. O, hər iki ərindən boşanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.