banner
banner

Sosİal

ÜST-dan qorxulu xərçəng proqnozu - SİYAHIDA AZƏRBAYCAN DA VAR

ÜST-dan qorxulu xərçəng proqnozu -

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, yaxın bir neçə ildə qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar və xərçəng xəstəliklərinə tutulma daha çox narahatçılıq doğuracaq.

Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon insan xərçəngə yoluxacaq. Yeni yoluxanların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng faktı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsədilə fevralın 4-nü Dünya Xərçəng Günü kimi qeyd edilir. Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini aktuallığı hər il artan bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

Dünya Xərçəng Günü ilə bağlı maarifləndirmə tədbirlərinə başlanılıb. Qeyd edək ki, Azərbaycanda əsasən ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçənginə rast gəlinir. Ona görə xəstəliyin yayılma və profilaktikası ilə bağlı ictimaiyyət məlumatlandırılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.