DiKaprionun meneceri erməni olacaq - "Putin" rolunda
Aktyor Leonardo DiKaprio Rusiya Prezidenti canlandırmaq arzusunu həyata keçirməyə hazırlaşır. "Knights Bridge Entertainment" şirkəti artıq "Putin" adlı filmin çəkilməsinə qərar verib. Şirkətin saytında artıq ekran işinin elanı verilib. Filmin baş rolunda 41 yaşlı DiKaprio çəkiləcək.
Prodüser işini aktyor Mett Deymon öhdəsinə götürüb. Çəkilişlər bu ilin yaz aylarında start götürəcək.
Qeyd edək ki, filmi çəkən "Knights Bridge Entertainment"in top-meneceri erməni əsilli Valeriy Saaryandır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.