Azərbaycanlı biznes-ledi məşhurlarla bir arada - FOTOLAR
Moskvadakı “Qoqol- Çentr” teatr mərkəzinin yaranmasının 3 ili tamam olub. Bu münasibətlə mərkəzdə parti təşkil olunub.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə Rusiyada yaşayıb-fəaliyyət göstərən azərbaycanlı biznes-ledi Aysel Trudel, teleaparıcı Kseniya Sobçak, “GQ” jurnalının rus-dilli versiyasının baş redaktoru, “Forbes” jurnalının rus-dilli versiyasının rəhbəri Nikolay Uskov və digər məşhurlar iştirak edib.
Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükkanlarının sahibidir. “Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi super brendləri Rusiya bazarında təmsil edir.
37 yaşlı azərbaycanlı biznes- ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.