"Oğlumun çox pis dostları var, onlardan qurtulsa..."
Xalq artisti İlhamə Quliyeva son zamanlar oğlu Orxan Nadirovun ətrafında yaranan söz-söhbətdən danışıb. Xalq artisti oğlunun ətrafından narazı olduğunu söyləyib: "Heç bilmirəm bu, nə işdir düşmüşəm. O qulluqçunun gündə bir fırıldağı çıxır ortaya. Oğlumu da tutdurmaq istəyirdi, amma bacarmadı. Bax bunu açıq deyirəm, oğlumun çox pis ətrafı, dostları var. Oğlum onlardan qurtulsa, yaxşı olacaq". Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın oğlunun dostu Vüqar Bəkirov dələduzluq maddəsi ilə həbs olunub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.