banner
banner

Sosİal

Sabah Bakının bu rayonları bir müddət qazsız qalacaq

Sabah Bakının bu rayonları bir müddət qazsız qalacaq

Fevralın 10-da Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı rayonlarının, eləcə də Abşeron və Qazax rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a verilən məlumata görə, Bakı regional qaz istismarı departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsi A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 10-da saat 09:30-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci kilometr, Sabunçu rayonunun Maştağa, Xəzər rayonunun Buzovna, Suraxanı rayonunun Bülbülə qəsəbələri və Yeni Günəşli massivinin, həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bundan başqa, saat 10:00-dan 18:00-dək Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.