Müğənni Xatun Əliyeva əməkdar artist Elza Seyidcahanın ona qoyduğu qadağadan danışıb. E.Seyidcahan açıqlamalarının birində Xatunun onu parodiya etməsini istəmədiyini bildirmişdi. X.Əliyeva "Hər şey daxil" verilişində E.Seyidcahanı yaxın günlərdə parodiya edəcəyini deyib: “Bu gün gündəmdə olan birinci müğənni Elza xanımdır. Hələ onu parodiya etməmişəm. Amma verilişlərin birində açıqlama vermişdi ki, etməsin. İstəyirəm onun bütün paltarlarını geyinim və elə parodiya edim. Deyir ki, mənə “xanım” deyin. Ona “Elza” deyə müraciət edəndə əsəbiləşir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.