Boşanma ərəfəsində olan müğənni yenidən sevgilisi ilə
Model-aktrisa Seçkin Pirilerlə boşanma ərəfəsində olan “Duman” qrupunun solisti Kaan Tangöze yenidən sevgilisi Kıvılcım Uralla birlikdə görüntülənib. Daha əvvəl dodaq-dodağa şəkilləri çəkilən cütlük bu dəfə restoranda şam edib. Daha sonra Kaanın avtomobili ilə sahilboyu gəzən sevgililər paparassiləri görüncə narahat olublar. Ödənişli avtodayanacağa gələn Kaan Kıvılcımı orada qoyaraq geri qayıdıb.
O, mühafizəçilərə “Jurnalistləri içəri qoyma” deyə xəbərdarlıq edib. K.Tangöze jurnalistlərin heç bir sualını cavablandırmayıb. Qeyd edək ki, müğənni Seçkin Pirilerlə 5 illik ailə həyatından sonra ona xəyanət edib. Bu səbəbdən ayrılmaq qərarına gələn cütlüyün bir oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.