Azərbaycanlı qızların Özçivit sevgisi - Türkiyə mətbuatında
“Qardaşım mənim” (“Kardeşim benim”) filminin təqdimatı üçün Azərbaycana gələn aktyor Burak Özçivitin Bakı səfəri Türkiyə mətbuatında da işıqlandırılıb.
Cia.az-ın məlumatına görə, xəbərdə bildirilir ki, B. Özçivit həmkarı Aslı Enverlə Bakıda fanatları ilə görüşüb. Sözügedən məlumat “Bakıda Aslı Enver və Burak Özçivit izdihamı” başlığı ilə yayımlanıb.
“Özçivit Azərbaycana səfərində sevgiylə qarşılanıb. Qala gecəsinin biletləri bir neçə gün əvvəl satılıb, qurtarıb. Görüşdə böyük izdiham olub. Fanatlar aktyorla çoxlu “selfie” çəkdirib”, - deyə xəbərdə vurğulanır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.