banner
banner

Şou

"Xarabalıqdan çıxan milyonçu"nun sevgililəri ayrıldı

"Xarabalıqdan çıxan milyonçu"nun sevgililəri ayrıldı

30 yaşlı aktrisa Frida Pinto və 24 yaşlı aktyor Dev Patel "Xarabalıqdan çıxan milyonçu" filminin çəkilişlərində tanış olublar.

Axşam.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, onların münasibəti 6 il davam edib.

Son dövrlərdə hind əsilli aktrisa Frida tədbirlərdə sevgilisi Patellə bir yerdə görünmədiyi üçün söz-söhbətlər yaranıb. Yayılan şayiələr öz təsdiqini Pintonun ad günündə tapıb. Dostlarıyla bir yerdə 30 yaşını qeyd edən aktrisa yenə də tək olub, Patel sevgilisinin partisində iştirak etməyib.

ABŞ mediası artıq onların bir neçə aydır ki, bir yerdə olmadığını yazıb.

Xatırladaq ki, hər iki ulduzun çəkildiyi "Xarabalıqdan çıxan milyonçu" filmi 8 Oskar alıb. Həmin vaxt Fridanın 24, Devin 18 yaşı var idi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.