Aparıcı Ece Erken 4 ay əvvəl boşandığı iş adamı əri Serkan Uçarla gizlicə Kiprə yollanıb. Cütlük Sevgililər gününü birlikdə keçirmək qərarına gəliblər. Lakin Ece ilə Serkanın getdiyi otelə bir sıra tanınmışın gəlməsi onların planlarını alt-üst edib. Aparıcı ilə keçmiş əri heç kimə görünməmək üçün səhər tezdən İstanbula qayıdıblar. Xatırladaq ki, 2014-cü ildə evlənən Ece Erkenlə Serkan Uçar oğulları Eymenin anadan olmasından sorna yollarını ayırıb. Cütlük boşanma zamanı bir-birlərinə qarşı ağır ittihamlar səsləndirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.