İmicini dəyişən model milyonçu sevgilisi ilə - fotolar
32 yaşlı model Miranda Kerr “Qremmi” mükafatlandırma mərasimindən əvvəl təşkil olunan partiyə qatılıb. Ötən gün uzun illər sonra ilk dəfə uzun saçlarını gödəldən model gecəyə 25 yaşlı milyonçu sevgilisi Evan Şpiqellə qatılıb. Miranda yeni saç düzümü ilə gecənin diqqətçəkən qonaqları sırasında yer alıb. Ağ libasa üstünlük verən model sonuncu dəfə 2009-cu ildə imicində dəyişiklik edib.
Xatırladaq ki, Miranda ilə Evan ötən ilin iyulundan münasibətdədirlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.