Bu ilin sonundan etibarən WhatsApp mesenceri BlackBerry, Android və Nokia-nın bir sıra əməliyyat sistemlərində işləməyəcək.
Cia.az Azərtac-a istinadla xəbər verir ki, mesencer Google, Apple və Microsoft şirkətlərinin ən çox istifadə olunan platformalarına diqqət yetirəcək və daha əvvəllər buraxılmış versiyaları dəstəkləməyəcək. Bu sıraya BlackBerry, BlackBerry 10, Nokia S40, Nokia Symbian S60, Android 2.1, Android 2.2, Windows Phone 7.1 əməliyyat sistemləri daxildir. Məlumatda bildirilir ki, bu əməliyyat sistemləri artıq mesencerdən hərtərəfli şəkildə istifadə etməyə imkan vermir.
Şirkət belə telefonlardan istifadə edənlərə əməliyyat sistemlərini daha sonrakı versiyalara qədər yeniləməyi tövsiyə edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.