Bu il Leonardo DiKaprionun "Oskar" alması onun kimi mükafatı qazana bilməyən məşhurları yada salıb.
Axşam.az-ın məlumatına görə, hətta dünya şöhrətli Çarli Çaplin də aktyor kimi bu mükafatı əldə edə bilməyib. Maraqlıdır ki, siyahıda olan ulduzlar "Oskar"ı qazana bilməsələr də, auditoriyanın sevimliləri sıralarında üst pillələrdə yer alıblar.
Edvard Norton
Meq Rayan
Conni Depp
Bryus Uillis
Xoakin Feniks
Con Travolta
Cud Lou
Bred Pitt
Liam Nesson
Robert Dauni (kiçik)
Samuel L.Cekson
Uill Smit
Harrison Ford
Sem Rokuel
Qari Oldmen
Ralf Fayanes
Cim Kerri
Çarlı Çaplin
Bir çox filmləri namizəd olan rejissor və aktyor Vudi Allen ciddi qəbul etmədiyi üçün heç bir zaman "Oskar" mərasimlərinə qatılmayıb
Marlon Brando 1973-cü ildə ona verilən "Oskar" mükafatını Qızıldərililərin qətliamına diqqət çəkmək üçün rədd edib. O, həmin il mərasimə mükafatı rədd etmək və aktyorun adına danışmaq üçün qızıldərili Saşin Litlfizeri göndərib. Tribunaya çıxan Saşinin nitqi mühafizəçilər tərəfindən yarımçıq kəsilsə də, vəziyyəti başa silib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.