“Beşiktaş” futbol klubunun keçmiş kapitanı İbrahim Toraman həyat yoldaşını döyməsi iddialarına cavab verib.
İdmançı vəkil həyat yoldaşı Eylem Toraman tərəfindən deyilənlərin yalan olduğunu bildirib: “Bir həftədir, bu mövzu danışılır. İddialar qəlbimi incitdi. Buna bəzi insanların inandığını görmək isə məni məhv edir. Uşağı qucağında ikən ananı döymək qədər vicdansızlıq ola bilərmi? Mən susdum, çünki bu iş artıq məhkəmədədir. Hər bir ailədə xoş günlər də, mübahisələr də olur. Evlilikdəki problemi məhkəməyə daşımaq əvəzinə, mediada yaymaq kimin hansı məqsədinin olduğunu göstərir. Uşağımın anasıdır, ona hörmət edirəm”. Xatırladaq ki, Eylem İbrahim tərəfindən şiddətə məruz qaldığını bildirmiş və cütlük boşanmaq üçün məhkəməyə müraciət etmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.