banner
banner

Sosİal

Azərbaycanda böyük zeytun bağları salınacaq

Azərbaycanda böyük zeytun bağları salınacaq
"Azərbaycanda ildən ilə artan əhalini ərzaqla təmin etmək üçün kifayət qədər məhsul olmalıdır. Əhalinin ərzaqla təminatında aqrar sahədə səhvlərə yol verilməməlidir”.
APA-nın verdiyi məlumata görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun şöbə müdiri Əsəd Musayev Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib. Ə. Musayev ərzaq yağı ilə bağlı problemin həlli üçün yeni zeytun sahələrinin salınmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanın bir çox bölgəsində, xüsusilə Abşeron yarımadasında bunun üçün əlverişli yerlər var: "Ölkədə ən azı 10 min hektarda zeytun sahəsi salmaq olar. Hazırda Azərbaycanda 2 min hektarda zeytun sahəsi var”. 
 
Şöbə müdiri əlavə edib ki, Azərbaycanda üzümçülük dağlıq və dağətəyi rayonlarda olmalıdır. Onların Aran rayonlarında salınmasının düzgün olmadığı deyən Ə. Musayev qeyd edib ki, dünyanın inkişaf edən və aqrar sahəyə diqqət yetirən ölkələrində də üzüm sahələrinin dağlıq və dağətəyi ərazilərdə salınır: "Cəlilabadda geniş üzüm sahələri salınır ki, bu da düzgün deyil. Çünki Cəlilabad taxılçılıq üçün daha əlverişlidir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.