Futbolçu Devid Bekhemin həyat yoldaşı, britaniyalı dizayner Viktoriya Bekhem Londonda valideynləri ilə görüntülənib. Dizayner ailəsi ilə restorandan çıxarkən paparassilərin kamerasına tuş gəlib. Viktoriyanın yanında böyük oğlu Bruklin də olub. Qara papaq və idman geyimində olan V.Bekhem söz verdiyi kimi, rahat ayaqqabı seçimi edib. Qeyd edək ki, ki, Viktoriya bir qədər əvvəl açıqlamasında artıq hündürdaban ayaqqabı geyinməyəcəyini bildirmişdi. Buna səbəb isə dizaynerin ayaq şəklinin dəyişməsi olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.