banner
banner

Şou

Berenlə Hülyanın heykəli qoyulacaq

Berenlə Hülyanın heykəli qoyulacaq
Mərkəzi Londonda yerləşən mum heykəl muzeyi olan Madam Tüsso İstanbulda da açılacaq.
Muzeylər şəbəkəsinin idarəçisi “Merlin Qrap onun bir şöbəsini də Türkiyədə yaradacaq. Dünyanın hər yerində şöbələri olan Madam Tüssoda indiyədək Mustafa Kamal Atatürk, Elvis Presli, Barak Obama, Madonna, Bred Pitt, Ledi Qaqa, “The Beatles” qrupunun və başqalarının mum heykəlləri qoyulub. Muzeyin Türkiyə şöbəsi İstanbulda Bəyoğlu səmtində alış-veriş mərkəzlərinin birində yerləşəcək. Artıq qardaş ölkədə ilk kimlərin heykəllərinin qoyulacağı da müəyyənləşib. 

Belə ki, Demet Akbağ, Hülya Avşar, Kıvanç Tatlıtuğ, Beren Saat və Mazhar Fuat Özkan ilklər arasındadır. Londondan gələn heyətin onlarla görüşməyə və ölçülərini almağa başladıqları da deyilir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.