banner
banner

Sosİal

Onlar soyuqda qızınmağın yolunu axtarır

Onlar soyuqda qızınmağın yolunu axtarır

Neftçala rayonunda sakinlər soyuqdan donur. Bu barədə rayonun Həsənobad kənd sakinləri ANS PRESS-ə şikayətlərində bildiriblər. Sakinlərin sözlərinə görə, qəsəbə ərazisində dəmir yolu stansiyasının yaxınlığında 6 yaşayış evində bir aydır ki, işıqlar sönüb.

Qəsəbə sakini Xanım Quliyeva ANS PRESS-ə bildirib ki, onlara təbii qaz da verilmir. Bu səbəbdən qəsəbə sakinləri soyuqdan birtəhər olublar.

“Bir ay bundan qabaq ildırım işıq transformatorunu vurub yandırıb. Dəfələrlə şikayət etsək də, düzəldən yoxdur. Soyuqdan xəstəliyə tutulmuşuq”, - deyə Xanım Quliyeva bildirib.

Məsələ ilə əlaqədar Həsənobad kənd icra nümayəndəliyi sədrinin müavini Əlifağa Əlihüseynovla əlaqə saxladıq. İcra nümayəndəsinin ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə dəfələrlə müraciətlə olub. Hazırda danışıqlar aparılır.

“Həmin ərazidə transformator yanıb. Həmin ərazi dəmir yolunun balansında idi. Ona görə də, işıq idarəsi problemin onlara aid olmadığını deyirdilər. Dəmiryolu İdarəsindən bildirdilər ki, artıq stansiya işləmədiyi üçün həmin ərazi onların balansından çıxıb. Onlar bu barədə arayış verdilər. Həmin arayışa əsasən işıq idarəsilə danışıqlar aparmışıq. İdarədən bildirilib ki, 10 gün ərzində yeni işıq transformatoru alınacaq”, - deyə Əlifağa Əlihüseynov bildirib.

Demək indi 6 ailənin sakinləri qışın soyuğunda özləri bildikləri kimi qızınmalıdırlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.